Baş Dövlət Yol Polisi İdarəsindən avtobus qəzası ilə bağlı açıqlama

B4affa4f165506580981835870810269387.jpg

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində – Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb:

“Belə ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir”.

“Bəzi saytlar məlumat yayıb ki, hadisə zamanı ölum halı qeydə alınıb. Bir daha qeyd edirik ki, hadisə nəticəsində ölum halları baş verməyib. Bu, həqiqəti əks etdirmir”, – İdarənin açıqlamasında qeyd edilib.