Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaxın zamanda taktiki və xüsusi təlimlər həyata keçirəcək.
Bunu Təşkilatın Baş katibi Stanislav Zas Ermənistanda keçirilən KTMT üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclasındakı çıxışında bildirib.
O bildirib ki, təlimlər planına sülhməramlılıq, terrorizmlə mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir.
“KTMT arsenalında terrorçuluq və ekstemizmə, qanunsuz miqrasiya və narkotiklərin dövriyyəsinə qarşı effektiv mexanizmlər yaradılıb və onlar təkmilləşdirilir”, – deyə Zas əlavə edib.

