Baş prokuror: Azərbaycanda media artıq hakimiyyətin 4-cü qoludur

Fb3ea77a163576349418714689610091766.jpg

Azərbaycanda medianın zəruri inkişafı üçün şərait var.
Bunu, Baş prokuror Kamran Əliyev “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müasir cəmiyyətlərin inkişafını medianın inkişafı olmadan düşünmək olmaz.

“Tam əminliklə deyə bilərik ki, Azərbaycanda media artıq hakimiyyətin 4-cü qoludur. Vətən müharibəsi dövründə bizim jurnalistlərimiz birbaşa cəbhə bölgəsində fəaliyyət göstərdi,eyni zamanda Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdılar”, -K.Əliyev əlavə edib.