Bakıda mənzildə meyiti tapılan 4 nəfər dəm qazından ölüb – RƏSMİ

44a6a9fe166315980482891794110933460.jpg

Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.