Baş Prokurorluq: Ehtiyatsızlıqdan olan yanğınlar inzibati və ya cinayət məsuliyyəti yaradır

4a5a0622166238113446231785110327004.jpeg

Baş Prokurorluq meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilib ki, ölkəmizdə baş verən meşə yanğınlarının əsas səbəblərindən biri kənd təsərrüfatı bitkilərinin əkilməsindən əvvəl və ya yığılmasından sonra həmin torpaq sahəsinin təhlükəsizlik qaydalarına əməl edilmədən yandırılmasıdır:

“Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.