Baş Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər

6a6e3ec7166443768622081923810518270.jpg

Sentyabrın 26-da Baş Prokurorluğun əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 104 illiyi ərəfəsində ənənəvi olaraq Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.