Bayden Ermənistandakı səfiri bu ölkəyə göndərmək istəyir

Bayden.jpg

ABŞ Prezidenti Co Bayden Rusiyadakı səfir postuna namizədinin adını açıqlayıb.

Avtor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

“Bu gün ABŞ Prezidenti Co Bayden Linn Treysinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Linn Treysi Ermənistandakı diplomatik missiyanın rəhbəridir.