Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməmişəm
ABŞ prezidenti Co Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etmədiyini deyib.
Bu barədə Amerika lideri CNN telekanalında bildirib.
Qeyd edək ki, C.Bayden şənbə günü Polşanın paytaxtı Varşavada çıxışını bitirdikdən sonra Putinin hakimiyyətdə qalmaması ilə bağlı ehtiyatsız açıqlama verib. O bildirmişdi: “Allah xatirinə, bu adam (V.Putin – red.) hakimiyyətdə qala bilməz”. Jurnalistlər və cəmiyyət bunu Rusiya Federasiyasında rejimin dəyişdirilməsinə çağırış kimi qəbul ediblər.
Bununla belə, Bayden müxbirin Rusiya Federasiyasında rejim dəyişikliyinə çağırıb-çağdırmadığına dair aydınlaşdırıcı sualına cavab olaraq mənfi cavab verib. Prezident administrasiyasının digər rəsmiləri də oxşar bəyanatlarla çıxış ediblər.
“Prezidentin nöqteyi-nəzəri ondan ibarət idi ki, Putinin qonşuları və ya region üzərində hakimiyyətinə icazə verilməməlidir”, – Ağ Evdən bildirilib.
Yeri gəlmişkən, Kreml də Baydenin bəyanatına münasibət bildirib. Xüsusilə, Moskva qeyd edib ki, Rusiya Federasiyasının vətəndaşları öz prezidentini seçməlidirlər.

