Bayden təyyarəyə qalxarkən yenidən büdrəyib

F0f6ba4b165471706675462191610996800.jpg

ABŞ Prezidenti Co Bayden təyyarəyə qalxarkən yıxılma təhlükəsi ilə üzləşib.

Hadisə Baydeni Amerika Zirvəsinə aparacaq təyyarəyə minərkən baş verib.

79 yaşlı Ağ Ev rəhbərinin ayağının büdrədiyi an NBC telekanlının canlı efirinə düşüb.

Bu, Baydenin prezidentlik karyerasında ikinci belə hadisədir. Bir il əvvəl o, nərdivanla təyyarəyə qalxarkən üç dəfə büdrəyib və yıxılıb.