“Bayer 04” yeni futbolçu transfer edib

Fca9f1c4 A19d 3717 804f D39692d37ca8 850.jpg

Almaniya çempionu “Bayer 04” heyətini yeni futbolçu ilə gücləndirib.

Avtor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi “Jirona”nın üzvü Aleyş Qarsiya ilə anlaşıb.

İspaniyalı yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, A.Qarsiya ötən mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.