Bərdədə yeni doğulan körpə ölüb

876e8108158850696761209146710667476.jpg

Yeni doğulmuş uşağın Bərdə rayon Mərkəzi Rayon Xəstəxanasında ölməsi faktı Bərdə rayon prokurorluğunda araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini, 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.