Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə olub

0dbd5375166443832258116089810183570.jpg

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun xarici iştirakçıları Füzuli rayonunun Merdinli kəndində olublar.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqları Merdinli kənd məscidi ilə tanış edib.

Qonaqların diqqətinə kənd məscidinin işğal dövründə ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi çatdırılıb.

Daha sonra dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Qonaqlar minatəmizləmə əməliyyatlarını da izləyiblər.