Bir neçə ölkənin dövlət və hökumət rəsmiləri Kiyevə gedəcək

C2f8e6f7162902832547504613810205862.jpg

Bir sıra xarici liderlərin bu həftə Ukraynaya səfərləri planlaşdırılır.

Bunu Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət rəsmiləri Kiyevə səfərə hazırlaşır. Bundan əlavə, diplomatik nümayəndəliklərin əməkdaşları paytaxta qayıtmaqda davam edəcəklər.

Prezident Ofisi belə səfərləri Qərbin Ukraynaya dəstəyinin sübutu adlandırıb. Ofis rəsmisinin sözlərinə görə, hər bir lider silah tədarükü, sanksiyaların saxlanması və ya Ukraynanın Avropa İttifaqına daxil olması mövzularında konkret təkliflərlə gəlir.