Bir nəfər maksimum bal topladı, 5-nin nəticəsi ləğv edildi

1683896588 15613635785458826759 1000x669.jpg

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv edilib.

İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.