Birlik olmasa, müstəqillik itiriləcək – Zelenski

1676196265 1674577067 1670486358 952221 441472661.jpg

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin apardığı mübarizədən söz açıb.

O, “Telegram” kanalında bu barədə yazıb.

“Mübarizəni dayandırmasaq, gec-tez vahid və müstəqil dövlət bərpa olunacaq”, – deyə Zelenski qeyd edib.

“Həqiqi birlik əldə olunmasa, müstəqillik itiriləcək”, – Ukrayna prezidenti əlavə edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.