“Gələn həftə bundan əvvəlki həftələrdən heç də az əhəmiyyətli olmayacaq. Eynilə gərgin və daha da məsuliyyətli olacaq. Rusiya daha da qorxacaq. İtirməkdən qorxur. Qorxur ki, həqiqəti qəbul etmək məcburiyyətində qalacaq. Rusiya qoşunları dövlətimizin şərqində daha böyük əməliyyatlara keçəcək. Onlar bizə qarşı daha çox raketlərdən, hətta daha çox hava bombalarından istifadə edə bilərlər. Amma biz onların hərəkətlərinə hazırlaşırıq”.
Bunu Volodimir Zelenski son videomüraciətində deyib.
Prezident vurğulayıb ki, ukraynalı müdafiəçilər cavab verməyə hazırdır: “Eyni zamanda, hakimiyyət Ukraynanın silahla təmin olunmasında, beynəlxalq arenada və informasiya sahəsində daha fəal olmaq niyyətindədir”.

