Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb.
Avtor.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar.
“Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, – deyə bildirib.
O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini iddia edir.

