BMT: Kolumbiyada rekord həcmdə narkotik becərilib

7a50d83a159423336361353168410196592.jpg

2021-ci ildə Kolumbiyada 204 000 hektar ərazidə narkotik becərilərək tarixi rekord yenilənib.

Bu statistika BMT-nin bu gün dərc olunmuş hesabatında yer alır.

Qeyd olunub ki, dünyanın ən böyük narkotik plantasiyalarının yerləşdiyi ölkədə 2020-ci ildə 204 000 hektar sahədə narkotik becərilib. 2021-ci ildə isə əkin sahələrinin həcmi 43% artıb.

Hesabat müəllifləri bildirirlər ki, 2014-cü ildən etibarən narkotik plantasıyalarının həcmi davamlı olaraq artır. Bu da qlobal tələbatın artması ilə düz mütənasibdir.