BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası olacaq

383beaea161500493459185185710374015.jpg

BMT Təhlükəsizlik Şurası mayın 5-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

“Avtor.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında yayılan məlumatda qeyd olunub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfərinin də müzakirə olunacağını bildirmişdi.