BMT Ukrayna ilə bağlı məlumat yaydı

B98a3773164743163487318380710265558.jpg

Bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində 902 dinc sakin həlak olub.

Bu barədə BMT-nin İnsan hüquqları üzrə ali komissarının hesabatında deyilir.

BMT hərbi əməliyyatlar nəticəsində daha 1459 nəfərin yaralandığını açıqlayıb.

Kiyev, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Nikolayevsk, Odessa, Sumı, Zaporojye, Dnepropetrovsk və Jitomir vilayətlərində ümumilikdə 1369 nəfərin zərər çəkdyi bildirilir. Onlardan 654 nəfəri ölüb.