2022-ci il fevralın 24-dən avqustun 23-dək Ukraynadan Avropaya ümumilikdə 6,85 milyon nəfərdən çox qaçqın gedib.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Bildirilir ki, onlardan 3,93 milyondan çoxu milli müdafiə və yardım proqramlarının bir hissəsi kimi qeydə alınıb.
Avqustun 23-nə olan məlumata görə, Rusiyaya 2 milyon 308 min 790, Polşaya 1 milyon 338 min 339, Almaniyaya 967 min, Çexiyaya 415 min 859 ukraynalı qaçqın üz tutub.

