BMW ilə avtoxuliqanlıq etdi, polisə yaxalandı

1693841148 117c2cc0 27ac 355c 98e9 d861c124cf76 850.jpeg

Qaxda avtoxuliqanlıq edən sürücü cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, paytaxt sakini Səbuhi Bağırov idarə etdiyi “BMW” markalı avtomobillə Qax şəhəri ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barəsində protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə S.Bağırov barəsində qanunamüvafiq tədbir görülüb.