Bölgələrdə 43 dərəcə isti olacaq

5d97f4dd162477890598359297910158679.jpg

İyulun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.