Boris Conson yeni işə düzəlib

Fee3a514 f3ab 45e3 8bc3 2d4da4b08cb7.jpg

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deputat vəzifəsini tərk etdikdən sonra “Daily Mail”də yeni işə başlayıb.

Nəşr Consonun onların şənbə köşə yazarı olacağını təsdiqləyib. O, həftəlik yazı təqdim edəcək.
Consonun ilk məqaləsi iyunun 17-də işıq üzü görəcək.