BQXK Laçın yolu ilə neçə nəfəri DAŞIYIB?

1679552269 36e77d70 70a8 41a4 b6f1 53d39d6aa923.jpeg

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dekabrın ortalarından indiyədək neytral humanitar vasitəçi rolunda və tərəflərlə razılaşdırılaraq 30-dan çox tibbi evakuasiya həyata keçirərək Laçın dəhlizi ilə 196 xəstəni daşıyıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

BQXK nümayəndəsi bildirib ki, komitə həmçinin ailə qovuşmalarına neytral vasitəçi olaraq tərəflərlə razılaşdırılaraq və aidiyyəti ailə üzvlərinin istəkləri əsasında yanvarın əvvəlindən 422 nəfərin Laçın yolu ilə köçürülməsinə şərait yaradıb.

Qeyd edilib ki, 1992-ci ildən Cənubi Qafqazda fəaliyyət göstərən BQXK neytral vasitəçi kimi fəaliyyət göstərməyə və humanitar məsələlərin həllində yardım etməyə hazırdır.