Braziliya BCM-də iştirak etmək qərarına yenidən baxa bilər

48506086436 40eef0d9f7 k.jpg

Braziliya hökuməti Roma Statutunda imzasını geri götürərək Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirak etmək qərarına yenidən baxa bilər.

Ölkənin ədliyyə naziri Flavio Dino bildirib ki, buna səbəb ABŞ və Çin kimi aparıcı ölkələrin bu sazişə qoşulmaqdan imtina etməsi nəticəsində yaranan qeyri-bərabərlikdir.

O vurğulayıb ki, Braziliya BCM-in statusunu öz qanunvericiliyində ratifikasiya etsə də, bəzi nüfuzlu ölkələr bunu etməyib.
Nazirin sözlərinə görə, bu, gələcəkdə Braziliyanın sözügedən sazişlə bağlı mövqeyinə yenidən baxmasına səbəb ola bilər.