Britaniya Ukraynaya 6 000 tank əleyhinə raket göndərəcək

2cc73b24164809585535682378110424296.jpg

Britaniya Ukraynaya 6 000 raket çatdıracaq və hərbi ehtiyaclar üçün 25 milyon funt sterlinq ayıracaq.

Bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir bu gün NATO və G7 çərçivəsindəki görüşlər zamanı yeni yardım paketi barədə məlumat verəcək. Söhbət Ukrayna ordusunun ehtiyacları üçün 25 milyon funt yardımdan və tank əleyhinə 6 min raketdən gedir” – deyə Baş nazirin Ofisi bildirib.