Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tələb ediblər

383beaea161500493459185185710374015.jpg

Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb ediblər.

Bu barədə Böyük Britaniyanın dünya təşkilatı yanında daimi nümayəndəliyinin tviter səhifəsində dərc olunmuş məlumatda ​​deyilir.

“Böyük Britaniya, Albaniya, İrlandiya, Norveç, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirilməsini xahiş ediblər”,-nümayəndəlik tviterdə qeyd edib.