Bu aviaşirkət 4 min işçisini ixtisar edəcək

343ac924c89cca7

Almaniyanın ən böyük hava yolu şirkəti “Lufthansa” 2030-cu ilə qədər avtomatlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi ilə inzibati heyətini 4000 nəfər azaldacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizdə deyilir.

Şirkət bu ixtisarlarla gəlirliliyi artırmağa və biznes strategiyasını optimallaşdırmağa ümid edir. O, həmçinin öz donanmasını genişləndirməyi və Almaniyanın aşağı büdcəli “Eurowings” aviaşirkəti və yükdaşıyıcıları ilə tərəfdaşlığı gücləndirməyi planlaşdırır.

Beləliklə, “Lufthansa” 2028-2030-cu illərdə düzəliş edilmiş sərbəst pul axınını ildə 2,5 milyard avroya çatdırmağı planlaşdırır.

Aviaşirkətdə təxminən 103 min nəfər işləyir.