Bu gün 33 dərəcə isti olacaq

1689740392 1689239001 1685348991 adad9e1c158632898555546343211045794.jpg

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava yağmursuz olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.