Bu gün Azərbaycan Aİ tərəfindən etibarlı enerji təchizatçısı kimi qiymətləndirilir

1777373079 17772754773473262829 1200x630 69f1a4796b7ad

Hazırda Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əməkdaşlığın mühüm istiqamətlərindən birinin energetika sektoru olduğunu qeyd etməliyik. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşündə Ölkə başçısı cənab İlham Əliyev bir çox məqamlarla yanaşı bu məsələyə də xüsusi diqqət çət çəkdi.

Cənab Prezident qeyd etdi ki, uzun illər ərzində iki ölkə bu sahədə etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Azərbaycanın enerji resursları, xüsusilə neft ixracı Çexiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan nefti Çexiya bazarına stabil şəkildə çatdırılır və bu, həmin ölkənin enerji balansının təmin olunmasında əhəmiyyətli paya malikdir. Bu gün əminliklə deyə bilirik ki, Azərbaycan artıq uzun müddətdir dünya enerji bazarlarında etibarlı və sabit tərəfdaş kimi tanınır.

Ölkənin enerji siyasəti beynəlxalq öhdəliklərə sadiqlik, təchizatın dayanıqlılığı və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu xüsusiyyətlər Azərbaycanı qlobal enerji bazarında etibarlı ixracatçı kimi mövqeləndirir. İlham Əliyev çıxışında onu da diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq tərəfdaşları tərəfindən, o cümlədən Avropa İttifaqı tərəfindən etibarlı enerji təchizatçısı kimi qiymətləndirilir. Bu isə ölkənin enerji sahəsində apardığı siyasətin düzgünlüyünü və uzunmüddətli əməkdaşlığa əsaslandığını təsdiqləyir. Qeyd ediənlər ona əsas verir ki, Azərbaycan–Çexiya enerji əməkdaşlığı yalnız mövcud neft ixracı ilə məhdudlaşmamalı, gələcəkdə bərpaolunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar sahələrini də əhatə etməlidir. Bu istiqamətdə qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi iki ölkənin enerji əlaqələrini daha da gücləndirə bilər.

Lamiyə Rüstəmli
Neftçala rayonu