Müasir Azərbaycanın qazandığı uğurların təməlində heç şübhəsiz qətiyyətli, mübariz, müdrik Lider amili dayanır. Bu məanda cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Cənab Prezidenti xarakterizə edərkən bir məsələni xüsusi vurğulamalıyıq ki,
O, Müzəffər Ali Baş Komandan, tarix yazan sərkərdədir. Cənab İlham Əliyevin ən üstün cəhətlərindən biri də onun vətənpərvərlik və quruculuq məharətidir. Artıq bütün dünya azərbaycanlıları Məhtərəm Prezidentimizi Zəfər və qəhrəmanlıq simvolu kimi görür. Ölkə başçımızın həyata keçirdiyi islahatlar, reallaşdırdığı layihələr Azərbaycanımızı ancaq və ancaq zirvələrə doğru aparıb. Məhz bu addımlar sayəsində O, xalqın dəstəyini birmənalı şəkildə qazanıb. Bu gün cənab İlham Əliyevin liderlik qabiliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dünyada onu müdrik, uzaqgörən, etibarlı, əməkdaşlığa açıq, dəqiq və qətiyyətli mövqeyi, böyük idarəçilik təcrübəsi, yüksək intellekti və diplomatik bacarığı olan Lider kimi tanıyırlar. Bu amillər özü Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə xidmət edir.
Belə demək mümkündürsə Azərbaycanı onun Liderinə görə tanıyır və hörmət edirlər. Artıq dörd ildir ki, ölkəmiz Müzəffər Prezidentimizin liderliyi ilə yerləşdiyi regionda yeni reallıqlar formalaşdırıb. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində ordu-xalq birliyi ilə qazandığımız tarixi Zəfər ümumilikdə region üçün yeni başlanğıcların, yeni reallıqların təməlini qoydu. Cənab İlham Əliyev öz ölkəsinin milli maraqlarının müdafiəsi uğrunda ortaya qoyduğu prinsipial, ardıcıl və qətiyyətli mövqe sayəsində qardaş türkdilli xalqlar arasında da haqlı olaraq yüksək nüfuz qazanıb.
Ümummilli lider Heydər Əliyev məktəbinin layiqli məzunu və davamçısı olan cənab Prezident bu gün eyni zamanda dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Son illər sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın beynəlxalq reytinqi xeyli yüksəlib. Müzəffər Ali Baş Komandan Azərbaycanın beynəlxalq aləmdə ikinci ən böyük təşkilat kimi tanınan Qoşulmama Hərəkatına sədrliyi dövründə narahat dünyamızın problemlərinin həllində, COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim dəyişmələrinə qarşı mübarizənin gücləndirilməsində, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB çərçivəsindəki münasibətlərin inkişaf etdirilməsindəki təşəbbüsləri təqdirəlayiq və danılmazdır. Fəxrlə deyə bilirik ki, dünyanın nüfuzlu siyasətçisi, tanınmış diplomat, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan cənab İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirmişdir.
Yusif Abdullayev;
Neftçala rayonu, Vətən Müharibəsi qazisi





