Meşə fondu torpaqlarında 13 mindən çox ağac əkilib

1e9b6452167516802832747052610875721.jpeg

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə Yevlax rayonunda keçirilib və meşə fondu torpağında 2500 Şərq çinarı əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarında da aparılıb.

Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13750 ədəd müxtəlif növ ağac tingi əkilib, 755 kiloqram toxum səpilib.