Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

MakkahDuringHajj 56a5369f5f9b58b7d0db89a8.jpg

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlar bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edək ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.