Bu il 17 411 cinayət qeydə alınıb – DİN

0cc6928e165788900924538088110307971.jpg

Bu ilin 6 ayında daxili işlər və prokurorluq orqanları üzrə 17 411 cinayət qeydə alınıb.

Bunu DİN-də keçirilən kollegiya iclasında daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O bildirib ki, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edilib: “2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8,hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılmasının 2,2 faiz yaxşılaşma olub”.