Bu il bu qədər uşağa Polad adı verilib

1647858682 496007e3 d57c 4bf3 8d20 993763e5c193.jpeg

Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

Cari ilin əvvəlindən bu günə qədər 105 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib.

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.