Cari ilin yanvar-may aylarında Azərbaycandan qonşu ölkə Gürcüstana 0,78 ton pendir ixrac edilib.
Valyuta.az xəbər verir ki, bu müddətdə ixracın dəyəri 2,32 min ABŞ dolları (təxminən 3,94 min manat) olub.
Rəqəmlərə əsasən, ixrac olunan pendirin hər kiloqramı 2,97 ABŞ dolları və ya 5,05 manata satılıb.





