Bu ölkə Şengen zonasına daxil edildi

Avrupa birligi afp 1531252 2.jpg

Avropa İttifaqı Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

Bununla bağlı Aİ-nin daxili işlər nazirlərinin görüşü zamanı qərar verilib.

Qeyd edək ki, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2007-ci ildə Şengen zonasına qoşulub.

Həmçinin, 2008-ci ildə Aİ-nin üzvü olmayan İsveçrə də bölgəyə daxil edilib.

Xatırladaq ki, Xorvatiyanın qoşulması ilə 27 ölkənin üzv olduğu Şengen bölgəsinə 60-dan çox ölkənin vətəndaşları vizasız gedə bilər.