Bu ölkədə 4 milyon insan aclıqla üzləşib

1761593656 0bc26q7gkixekxhrkdkaguoli0ilfat2

Şərqi Afrikadakı Malavi Respublikasında quraqlıq aclıq təhlükəsi yaradıb. Paytaxt da daxil olmaqla, ölkənin 28 əyalətindən 11-də fəlakət rejimi elan edilib.

Bu barədə ölkə prezidenti Peter Mutarika açıqlama verib.

Respublika lideri beynəlxalq ictimaiyyəti sakinlərə kömək etməyə çağırıb.

Hökumətin hesablamalarına görə, ölkədə 4 milyon insan və ya ümumi əhalinin 22%-i aclıq təhlükəsi ilə üzləşib.