Polşada ilin ilk günündə havanın temperaturu 19 dərəcəyə çatıb və bu, bütün zamanların ən isti yanvarına səbəb olub.
Bu haqda Polşa Meteorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 1-də paytaxt Varşava da daxil olmaqla ölkənin əksər hissəsində yüksək temperatur qeydə alınıb.
2022-ci ilin dekabrında mənfi 18 dərəcədən aşağı düşən havanın temperaturu 2023-cü ilin ilk günündə 19 dərəcəyə çatıb. Bu, bütün zamanların ən isti yanvar ayı kimi qeydə alınıb.

