ABŞ-ın Viskonsin ştatında bir sıra quşçuluq fermasında quş qripi yayılıb.
Bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bildirib. Qeyd olunur ki, virusun yayılmasının qarşısının alınması üçün 2,7 milyon toyuğun məhv ediləcəyi gözlənilir. Rəsmilər yoluxmuş quş ətinin mağazalara keçməməsi üçün yoxlamaları gücləndirib.
Hələlik quş qripinin insana yoluxması barədə hər hansı bir məlumat daxil olmayıb.

