Bu şəxslər pensiya ala bilməyəcək

1676018578 pensiya.jpg

“Vətəndaş minimum tələb olunan pensiya kapitalı olsa da, pensiya yaşına çatmadığına görə pensiya ala bilməyəcək”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov “Sosial saat”da məlumat verib.

“Bu halda minimum tələb olunan pensiya kapitalı olsa da, mütləq qanunvericiliklə yaş həddi gözlənilməlidir. Kişilər 65, qadınlar isə 53 yaşını gözləməlidir. Bundan sonra müvafiq pensiya ala bilər”,- deyə qurum rəsmisi bildirib.