Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib.
Qeyd edilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü ildə keçiriləcək.


