Buzovna qayalıqları qanunsuz tikililərdən təmizlənir

731309c4166054764218331834410151233.jpg

Xəzər rayonu, Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə qanunsuz tikililər sökülür.

Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi sürətlə davam edir.

Texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən əllə təmizlənir.

Birlikdən bildirilib ki, ərazidə həm texnika, həm də canlı qüvvə çalışır. Söküntü prosesi davam etdirilir.