Çavuşoğlu: Türkiyə Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır

C4819d06166306425057728329310224135.jpg

Türkiyə Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tripolidə liviyalı həmkarı Nəclə Manquşla birgə mətbuat konfransında deyib.

“Liviyada atəşkəs razılaşması uzunmüddətli sülh üçün yer açmalıdır. Siyasi həllin yolu dialoqdan keçir”, – Çavuşoğlu vurğulayıb.

O qeyd edib ki, Türkiyə Liviyada ümumi seçkilərin keçirilməsi səylərinə mümkün töhfə verməyə hazırdır.