Çavuşoğlu: Ukrayna üçün ədalətli sülh olmalıdır

28b60a16166306432051132787410446933.jpg

Dünyada etimadın azalması ATƏT ölkələrini böhranlar qarşısına çıxardı, ciddi şəkildə qütbləşmə baş verdi.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırkı iclas Ukraynada baş verən müharibə şəraitində keçirilir:

“Diplomatiyanın qarşısının açıldığı halda həll yoluna nail olmaq mümkündür. Təbii ki, Ukrayna üçün ədalətli bir sülh olmalıdır. Türkiyə ATƏT-nın atdığı addımları güclü şəkildə dəstəkləməyə davam edəcək”.