“Çelsi”nin müdafiəçisi “Əl-Hilal”a keçə bilər

687fe34a168712336574934378710714636.jpg

“Çelsi”nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanından “Əl-Hilal”a keçə bilər.

Kulibali klubla danışıqlar aparır. Qarşıdakı bir neçə gün ərzində tərəflər razılıq əldə edə bilər.

Seneqallı müdafiəçinin 31 yaşı var. Ötən mövsüm o, 32 oyunda iki qol vurub. Kulibalinin transfer dəyəri 25 milyon avrodur. Müdafiəçinin London klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir. Futbolçu əvvəllər İtaliyanın “Napoli”, Belçikanın “Genk” və Fransanın “Metz” klublarında çıxış edib.