Cənubi Koreya Ukraynaya HHM sistemləri verməyəcək

45e8140916496545356092487381111204.jpg

Cənubi Koreyanın müdafiə naziri So Uk ukraynalı həmkarı Aleksey Reznikovla telefonla danışıb.

Bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyinin sözçüsü Pu Sın Çan məlumat verib.

Bildirilib ki, Ukrayna tərəfi hava hücumundan müdafiə sistemlərini almaq istəyib. Koreya tərəfi isə belə bir addımın ordunu zəiflədəcəyini əsas gətirərək HHM sistemlərini Kiyevə verməkdən imtina edib.