Çerniqovda neft anbarına hava zərbəsi endirilib

Ba500f04164629751276806839110812300.jpg

Ukraynanın Çerniqov şəhərində neft anbarına hava zərbəsi endirilib.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilib.

Hadisə yerindən yayılan fotolarda ərazidən ətrafa sıx tüstünün yayıldığı görünür.

Yanğınsöndürənlərin və xilasedicilərin əraziyə cəlb edildiyi bildirilib.