Çexlər Ukrayna ordusuna qoşulur – Prezident icazə verdi

1690973246 fotojet 2023 08 02t112438.534.jpg

Çex Respublikasının Prezidenti Petr Pavel 14 ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib.

Ukraynadakı müharibədə leqal olaraq iştirak etmək istəyən çexlər üçün ölkə prezidentinin icazəsi zəruridir.

Çexiya qanunvericiliyinə görə, xarici ölkələrin silahlı qüvvələrdə xidmət etməsi, zəruri hallar istisna olunmaqla, qadağandır. Bu hüquq yalnız ölkə prezidentinin xüsusi sərəncamı ilə mümkündür, əks halda Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənləri Çexiyada cinayət təqibi gözləyir.